Ən son xəbərlər:

28.08.2023/11:30/ Çin və ABŞ arasındakı gərginlik Apple məhsullarının bahalaşmasına səbəb ola bilər

Çin və ABŞ arasındakı gərginlik Apple məhsullarının bahalaşmasına səbəb ola bilər.

xeberaz.info xəbər verir ki, Çin və ABŞ arasında münasibətlərdəki gərginlik Apple avadanlıqlarının qiymətinin qalxmasına səbəb ola bilər. Bu barədə Bloomberg agentliyi yazır.

ABŞ daim Çinin texnoloji inkişafını məhdudlaşdırmağa çalışır. Bununla əlaqədar olaraq bəzi şirkətlər, o cümlədən Apple öz istehsalını Çindən digər Asiya ölkələrinə köçürür.Bu, şirkətin məhsullarının maya dəyərinin artmasına səbəb ola bilər, – Bloomberg nəşri belə bildirib.

Vyetnam və Hindistan son on ildə Apple məhsullarının istehsal olunduğu məşhur ölkələrə çevrilib. Agentlik qeyd edir ki, onların hər biri ABŞ-la əlaqələri gücləndirib və ucuz işçi qüvvəsinə malikdir.