Ən son xəbərlər:

28.08.2023/06:16/ ABŞ və Çin arasında turist axını bərpa olunacaq

ABŞ və Çin arasında turist axını bərpa olunacaq.

xeberaz.info xəbər verir ki, ABŞ-ın ticarət naziri Gina Raimondo Çində rəsmi səfərdədir. Bu barədə avqustun 27-də Financial Times məlumat yayıb.

Nazir Raimondo ÇXR-in yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirməyi planlaşdırır və avqustun 30-dək Çində qalacaq.

Nəşrin məlumatına görə o, dünyanın iki ən böyük iqtisadiyyatı arasında işgüzar əlaqələri və turizmi inkişaf etdirməyə çalışır.

Rəsmi müzakirələrin digər mövzusu isə koronavirus pandemiyasından sonra ABŞ və Çin arasında turist axınının bərpası olacaq.