Ən son xəbərlər:

28.08.2023/04:55/ Rumıniya Ukrayna taxılının tranzit həcmini artıracaq

Rumıniya Ukrayna taxılının tranzit həcmini artıracaq.

xeberaz.info xəbər verir ki, Rumıniya, Rusiyanın hərəkətlərindən asılı olmayaraq, iki ay ərzində Ukrayna taxılının ölkə ərazisindən tranzitini iki dəfə artıracaq. Bunu Financial Times-a Rumıniyanın baş naziri Marsel Kolaku deyib.

Kolaku hesab edir ki, bu il Ukraynanın ixracı üçün təxminən 40 milyon ton taxıl olacaq. Alternativ taxıl tranzitini asanlaşdırmaq üçün biz həm Konstansa limanında, həm də bu limana gedən marşrutlarda tutumu artırdıq, – baş nazir belə bildirib.

Əvvəllər xəbər verildiyi kimi, Ukrayna, Moldova, Aİ və ABŞ nümayəndələrinin avqustun 11-də Qalatidə keçirilən görüşündə Rumıniya ərazisindən Ukrayna taxılının tranzitini iki dəfə – ayda 2 milyon tondan 4 milyon tona çatdırmaq məqsədi qoyulmuşdu.