Ən son xəbərlər:

25.08.2023/17:44/ Danimarkada dini mətnlərin təhqir olunmasını qadağan edən qanun layihəsi hazırlanır

Danimarkada dini mətnlərin təhqir olunmasını qadağan edən qanun layihəsi hazırlanır.

xeberaz.info xəbər verir ki, Danimarka hökuməti ictimai yerlərdə dini mətnlərin təhqir olunmasını qadağan edən qanun layihəsi hazırlayır. Qanunun pozulmasına görə cərimə və ya iki ilədək həbs cəzası nəzərdə tutulur. Layihə Danimarkanın xarici bayraqların yandırılması ilə bağlı mövcud qadağasını genişləndirəcək.

Qanun layihəsi, Quranın və ya İncilin açıq şəkildə yandırılmasını cəzalandıracaq. Bu, yalnız ictimai yerlərdəki hərəkətlərə və ya daha geniş dairələrə yayılmaq məqsədi ilə edilən hərəkətlərə təsir edəcək, – ölkənin ədliyyə naziri Piter Hummelqaard belə bildirib.

Qadağa ehtiyacı Quranın yandırılması ilə təkrarlanan aksiyalar və bununla bağlı etirazlar fonunda yaranıb.