Ən son xəbərlər:

25.08.2023/17:32/ Taxıl sazişi Hakan Fidanın keçirəcəyi danışıqların nəticəsindən asılı olacaq

Taxıl sazişi Hakan Fidanın keçirəcəyi danışıqların nəticəsindən asılı olacaq.

xeberaz.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirimiz Hakan Fidan Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən qəbul edilib, – mesajda belə deyilir. Qeyd olunur ki, bu, Fidanın xarici işlər naziri kimi Ukraynaya ilk səfəridir.

Bundan öncə TASS diplomatik mənbəyə istinadən bildirib ki, taxıl sazişində iştirak edən ölkələrin İstanbulda görüşünün keçirilməsi Rusiya və Ukraynada Türkiyənin xarici işlər naziri Hakan Fidanın keçirəcəyi danışıqların nəticəsindən asılı olacaq. O, yüksək səviyyəli görüşdən əvvəl istənilən halda texniki danışıqların aparılacağını vurğulayıb.