Ən son xəbərlər:

25.08.2023/07:16/ Cari ilin iyul ayında beynəlxalq hesablaşmalarda dolların payı yüksəlib

Cari ilin iyul ayında beynəlxalq hesablaşmalarda dolların payı yüksəlib.

xeberaz.info xəbər verir ki, Beynəlxalq hesablaşmalarda dolların payı 2023-cü ilin iyul ayında 42%-dən 46,46%-ə yüksəlib ki, bu da statistikanın aparıldığı son beş ildə maksimumdur.  SWIFT  beynəlxalq sisteminin məlumatlarından belə belə nəticəyə gəlinir.

Bununla belə, avronun payı nəzərəçarpacaq dərəcədə azalıb – iyunda o, 31,25%-dən, iyulda 24,42% -ə düşüb. Bu, beynəlxalq sistemin hesabatı zamanı Avropa valyutası üçün rekord aşağı dəyərdir.

Beynəlxalq hesablaşmalarda ən çox istifadə edilən valyutaların reytinqində üçüncü yeri iyunda payı 6,88%-dən iyulda 7,63%-ə yüksələn Britaniya funtu tutur.

Sonrakı yerləri payı 3,36%-dən 3,51%-ə yüksələn Yapon yeni və Çin yuanı (iyun ayında 2,77% və iyulda 3,06%) tutur.