Ən son xəbərlər:

25.08.2023/06:27/ ABŞ ordusu Suriya neftinin böyük partiyasını İraq ərazisinə aparıb

ABŞ ordusu Suriya neftinin böyük partiyasını İraq ərazisinə  aparıb.

xeberaz.info xəbər verir ki, Amerika ordu qüvvələri Suriya neftinin böyük partiyasını Həsəkə əyalətindən qonşu İraq ərazisinə aparıb. Bu barədə SANA agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, 60 neft sisternindən ibarət karvan ağır mühafizə altında Əl-Yarubiya keçid məntəqəsindən İraqa doğru irəliləyib.

Agentlik qeyd edir ki, ixrac edilən neft ABŞ və onun Qərb koalisiyasındakı müttəfiqləri tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd birləşmələrinin əlindəki yataqlarda istehsal edilib.