Ən son xəbərlər:

26.11.2022/06:00/ Ukraynada odun ixracı qadağan edildi

Ukrayna hökuməti yanacaq odununun ixracına qadağa qoyub, -baş nazir Denis Şmıxal belə bildirib.

Telegram kanalında  baş nazir yazıb ki,”Bu, onun Ukraynada toplanmasına kömək edəcək. Onun sözlərinə görə, bir çox icmalarda, xüsusən də cəbhəyanı ərazilərdə istilik üçün əsas resurs ağacdır.

Şmıqal həmçinin qeyd edib ki, Ukrayna hakimiyyəti hazırda enerji şəbəkəsinin bərpası üçün zəruri olan transformatorların və yüksək gərginlikli avadanlıqların xaricdən tədarükünü artırmağa çalışır.

O, izah edib ki, hazırda Ukraynada Rusiya tərəfindən atəşə tutulmayan bir dənə də olsun istilik və su elektrik stansiyası qalmayıb. Bu ərəfədə məlum olub ki, Kiyevdə yaşayış binalarının 70 faizində elektrik enerjisi kəsilib.

Xatırladaq ki, noyabrın 23-də RF Silahlı Qüvvələri Vinnitsa, Lvov, Kiyev, Xarkov, Xmelnitski, Zaporojye, Rivne, Krivoy Roq, Dnepr, Odessa, Nikolayev, Sumı, Poltava, Kremençu və Kremenç şəhərlərində enerji infrastrukturu obyektlərinə raket zərbələri endirib.