Ən son xəbərlər:

26.11.2022/05:52/ EC rəhbəri Kiyevə enerji təchizatının bərpasında kömək edəcəyini vəd edib

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukrayna prezidenti Vladimir Zelenskiyə müsahibəsində Ukraynaya enerji və istilik təchizatının bərpasında Aİ-nin yardımı gücləndiriləcəyini vəd edib.

“Aİ-nin Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzi vasitəsilə Avropa Komissiyası artıq üzv ölkələrdən, eləcə də birbaşa Avropa Komissiyasının ehtiyatlarından Ukraynaya əhəmiyyətli donor yüklərinin erkən çatdırılmasına hazırlaşır”, – AK-nin press-relizində deyilir.

Qeyd olunur ki, söhbət Litva, Latviya və Rumıniyadan gələn transformator və generatorlardan gedir.

Bundan əlavə, Avropa Komissiyası hazırda Polşada xüsusi mərkəzin yaradılması üzərində işləyir və oradan müxtəlif dövlətlərdən Ukraynaya yardımın çatdırılması planlaşdırılır.

Ursula fon der Leyen daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı Ukraynaya ayda bir yarım milyard avro məbləğində maliyyə dəstəyi vermək niyyətindədir. Bundan əlavə, o vurğulayıb ki, hazırda Avropa Komissiyası ölkəyə beş milyard avro məbləğində əlavə maliyyə yardımı göndərməyi təklif edir.