Ən son xəbərlər:

23.08.2023/18:19/ Niyazi Bayramov SHXÇDX Gəncə şəhər Nizami rayon şöbəsinə yeni təyin olunmuş rəis vəzifəsinin icraçısı ilə görüşüb

Niyazi Bayramov SHXÇDX Gəncə şəhər Nizami rayon şöbəsinə yeni təyin olunmuş rəis vəzifəsinin icraçısı ilə görüşüb.

xeberaz.info xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə yeni təyin olunmuş rəis vəzifəsini icraçısı polkovnik Yalçın Sadıqlı ilə görüşüb.

Niyazi Bayramov qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi strukturları içərisində mühüm xidmətlərdəndir. Böyük zəfərimizdə də xidmətin çox önəmli rolu olduğunu vurğulayan şəhər rəhbəri, Yalçın Sadıqlıya işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Sadıqlı Yalçın Həsənbala oğlu 19 fevral 1975-ci ildə Gəncə şəhərində anadan olub. O, bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi vəzifəsində çalışıb.