Ən son xəbərlər:

23.08.2023/17:17/ Rusiyanın baş naziri Mixail Mişustin Ermənistana səfər edəcək

Rusiyanın baş naziri  Mixail Mişustin Ermənistana səfər edəcək.

xeberaz.info xəbər verir ki, Avqustun 24-25-də Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Ermənistana səfər edəcək. Bu barədə TASS məlumat yayıb.

Görüşün İrəvandan 50 km aralıda yerləşən Tsaxkadzor dağ kurortunda keçiriləcəyi qeyd edilir.

Hökumət başçıları Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində orta və uzunmüddətli perspektivdə inteqrasiya proseslərinin gələcək inkişafı məsələlərini müzakirə etməyi planlaşdırır, – məlumatda  belə deyilir.

Tədbir Rusiyanın Aİİ-də sədrliyinin himayəsi altında keçiriləcək. Birliyin əvvəlki iclası iyun ayında Soçidə keçirilib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin Avrasiya İqtisadi İnteqrasiya İdarəsinin rəisi Aleksandr Starkov bildirmişdi ki, Avrasiya İqtisadi İttifaqı Qərbin Rusiya və Belarusa qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə qarşı birgə çıxır.