Ən son xəbərlər:

23.08.2023/16:48/ Regionların gizli borcu Çinin maliyyə sabitliyini təhdid edir

Regionların gizli borcu Çinin maliyyə sabitliyini təhdid edir.

xeberaz.info xəbər verir ki, Çinin “Caixin” maliyyə portalı yerli hökumətlərin artan “gizli borcları” səbəbindən Çin iqtisadiyyatı üçün təhlükədən bəhs edir. Ekspertlərin fikrincə, bələdiyyələrin yaratdığı şirkətlərin əksəriyyətinin borclarını ödəməyə vəsaiti yoxdur.

İsveçrənin UBS bankının araşdırmasına görə, Çinin yerli hakimiyyət orqanları tərəfindən yaradılan maliyyə strukturlarının 80%-dən çoxunun borclar üzrə faizləri ödəmək üçün kifayət qədər vəsaiti yoxdur. Qəzet qeyd edir ki, bu şirkətlər infrastruktur layihələrinin həyata keçirilməsi üçün kreditlər verirlər.

Çində yerli administrasiyaların hesablanmamış borc öhdəliklərinin həcmi trilyonlarla dollarla ölçülür. BVF ekspertləri onları 4,5-10 trilyon dollar dəyərində qiymətləndirirlər. Çin Maliyyə Nazirliyinin məlumatına görə, bələdiyyələrin rəsmi borcu 5,1 trilyon dollar təşkil edir. Lakin problemin real miqyası daha genişdir.

Artıq bir sıra regionlar borclara xidmət etmək və dövlət işçilərinə maaş vermək üçün vəsait çatışmazlığı ilə üzləşib. Ekspertlər xəbərdarlıq edirlər ki, vəziyyət bütün ölkənin maliyyə sabitliyini təhdid edir.

Problemi həll etmək üçün Çin borclarını yenidən qurmalı və mərkəzlə regionlar arasında büdcə münasibətlərində islahatlar aparmalıdır.