Ən son xəbərlər:

23.08.2023/16:35/ Ukrayna Finlandiya ilə zirehli transportyorların birgə istehsalını yaratmaq istəyir

Ukrayna Finlandiya ilə zirehli transportyorların  birgə istehsalını  yaratmaq istəyir.

xeberaz.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Finlandiyanın baş naziri Petteri Orpo ilə birgə mətbuat konfransında bildirib ki, Ukrayna Finlandiya ilə zirehli transportyorların (BTR) birgə istehsalını  yaratmaq istəyir.  TASS bu barədə xəbər verir.

Ukrayna lideri bildirib ki, Kiyev Finlandiya zirehli transportyorları ilə maraqlanır.

Biz onları Ukraynada birlikdə istehsal etmək istərdik, – deyən Ukrayna lideri, Kiyevin artıq İsveç piyada döyüş maşınlarının  CV-90 istehsalına dair memorandum imzaladığını xatırladıb.

Zelenski Kiyevin Helsinki ilə birgə hansı zirehli transportyorları istehsal etmək istədiyini dəqiqləşdirməyib.

Orpo cavabında bildirib ki, Finlandiyada Ukrayna ilə əməkdaşlıq məsələləri ilə məşğul ola biləcək  yüksək texnologiya şirkətləri var.

Bundan əvvəl Zelenskinin Orpo ilə görüş keçirdiyi bildirilirdi. Bundan əlavə, Finlandiyanın baş naziri Kiyev üçün yeni yardım paketinin hazırlandığını açıqlayıb.