Ən son xəbərlər:

23.08.2023/10:37/ Britaniya Ukraynanın Rusiyanın nüvə yanacağından asılılığını aradan qaldırmaq üçün 225 milyon avro kredit zəmanəti verəcək

Britaniya Ukraynanın Rusiyanın nüvə yanacağından asılılığını aradan qaldırmaq üçün 225 milyon avro kredit zəmanəti verəcək.

xeberaz.info xəbər verir ki, Böyük Britaniya Ukraynanın enerji təhlükəsizliyini gücləndirmək və Rusiyanın nüvə yanacağından asılılığı aradan qaldırmaq üçün 192 milyon funt sterlinq (225 milyon avro) kredit zəmanəti verəcək.

Sky News xəbər verir ki, bunu  Böyük Britaniyanın energetika naziri Qrant Şapps Ukraynaya səfəri zamanı bildirib.

Müqavilə çərçivəsində Böyük Britaniyanın Urenco şirkəti Ukraynanın “Energoatom” milli şirkətini nüvə yanacağı üçün həyati əhəmiyyət kəsb edən uranın zənginləşdirilməsi xidmətləri ilə təmin edəcək.

London Britaniya ixrac kredit agentliyi UK Export Finance vasitəsilə Energoatom-a kredit zəmanəti verəcək.

Britaniya hökuməti ümid edir ki, bu, Ukraynanın enerji təhlükəsizliyini gücləndirəcək və ölkənin Rusiyanın nüvə xidmətlərindən və yanacağından asılılığına son qoymağa kömək edəcək.