Ən son xəbərlər:

22.08.2023/09:47/ Aİ Ukraynaya F-16 verən ölkələrin xərclərini qismən ödəyəcək

Aİ Ukraynaya F-16 verən ölkələrin xərclərini  qismən ödəyəcək.

xeberaz.info xəbər verir ki, Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell etiraf edib ki, Brüssel F-16 qırıcılarını Ukraynaya təhvil verməyə qərar verən üzv dövlətlərin xərclərinin qismən ödənilməsinə qərar verəcək.

Eropeyskaya Pravda ” Europa Press-ə istinadən xəbər verir ki, bu barədə Borrell bazar ertəsi Santander şəhərində çıxışı zamanı belə  bildirib.

Aİ-nin yüksək səviyyəli diplomatı ABŞ-ın buna yaşıl işıq yandırmasından bir neçə gün sonra Danimarka və Hollandiyanın öz F-16 qırıcılarını Ukraynaya verməsi qərarını xatırladıb.

O, belə bir yükün Aİ ilə razılaşmanın nəticəsi olmadığını, fəaliyyətlərini əlaqələndirmək üçün qrup yaradan bir neçə ölkənin ikitərəfli qərarı olduğunu açıqlayıb.

Borrell eyni zamanda qeyd edib ki, bu üzv dövlətlər Brüsselə müvafiq sorğu göndərsələr, Avropa İttifaqı  onların xərclərinin bir hissəsini şərtsiz maliyyələşdirəcək.

Aİ diplomatiyasının rəhbəri bu təyyarələrin Ukrayna üçün  dəstək ola biləcəyinə əminliyini ifadə edib, lakin etiraf edib ki,  təəssüf ki,” F-16-lardan  tez bir zamanda istifadə oluna bilməz,  çünki pilotlar ilk növbədə təlim keçməlidirlər.