Ən son xəbərlər:

22.08.2023/06:25/ Rumıniya Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyir

Rumıniya  Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyir.

xeberaz.info xəbər verir ki, Rumıniyanın baş naziri Marsel Kolaku Ukraynanın 2023-cü ildə Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlanmasını dəstəkləyib. O, bu barədə Afinada Cənub-Şərqi Avropanın dövlət və hökumət başçılarının görüşü çərçivəsində prezident Vladimir Zelenski ilə danışıqlardan sonra bildirib.

Hökumətin mətbuat xidmətinin məlumatına görə, baş nazir həmçinin aqrar-ərzaq sənayesi üçün əlavə vəsaitin ayrılması və müvafiq infrastrukturun inkişafına çağırış edib.

Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ilin fevral ayının sonunda Avropa İttifaqına qoşulmaq üçün sənədlər imzalayıb. İyun ayında Aİ ölkələrinin liderləri Ukraynaya ittifaq üzvlüyünə namizəd statusunun verilməsini təsdiqləyiblər.