Ən son xəbərlər:

22.08.2023/05:54/ Macarıstan 2027-ci ildən Qətərdən mayeləşdirilmiş təbii qaz alacaq

Macarıstan 2027-ci ildən Qətərdən mayeləşdirilmiş təbii qaz alacaq.

xeberaz.info xəbər verir ki, Macarıstan 2027-ci ildən başlayaraq Qətərlə mayeləşdirilmiş təbii qazın (LNG) alınması ilə bağlı siyasi razılaşma əldə edib, iki ölkənin şirkətləri artıq tədarükün həcmi və marşrutları ilə bağlı məsələlər üzərində işləyirlər. Bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Sijarto,  Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Budapeştə səfəri çərçivəsində prezident Katalin Novak və baş nazir Viktor Orban ilə görüşlər keçirdikdən sonra bildirib.

Qətər dünyanın ən böyük LNG ixracatçısıdır, lakin hazırda onun bütün gücü artıq istifadə olunur. Ona görə də biz siyasi saziş bağlamışıq.  Sazişə əsasən 2027-ci ildən Qətərdən enerji təchizatına ümid edə bilərik. Bizim kommersiya şirkətlərimiz mayeləşdirilmiş təbii qazı qəbul edə biləcəyimiz LNG-nin miqdarı və marşrutlar üzrə artıq texniki danışıqlara başlayıb, – XİN rəhbəri sosial şəbəkədəki səhifəsində videomüraciətində belə bildirib.