Ən son xəbərlər:

21.08.2023/09:50/ Türkiyə Macarıstanın enerji təchizatının təmin edilməsində son dərəcə əvəzedilməz rol oynayır

Türkiyə Macarıstanın enerji təchizatının təmin edilməsində son dərəcə əvəzedilməz rol oynayır.

xeberaz.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Budapeştə səfəri zamanı Macarıstan 2024-cü ildə Türkiyədən  275 milyon kubmetr qaz almağa razılaşıb.. Bu barədə Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijjarto Baş nazir Viktor Orban və cənab Ərdoğan arasında danışıqların yekununda bildirib.

Türkiyə Macarıstanın enerji təchizatının təhlükəsizliyinin təmin edilməsində son dərəcə mühüm, hətta əvəzedilməz rol oynayır, çünki Macarıstanın təbii qaz tədarükünün əhəmiyyətli hissəsi Türkiyə ərazisindən, “Türk axını” qaz kəməri vasitəsilə həyata keçirilir, – deyə cənab Szijjarto bildirib.  Bu 275 milyon kubmetr təbii qaz ölkənin enerji təchizatının təhlükəsizliyini təmin etməyə kömək edəcək, – deyə nazir bildirib. O izah edib ki, təbii qaz tədarükü 2024-cü ildə Macarıstanın MVM şirkəti ilə Türkiyənin Botaş şirkəti arasında imzalanan müqavilə başa çatdıqdan sonra başlaya bilər.

Bundan əvvəl Peter Szijarto Ukrayna ərazisindən keçən və tranziti 2024-cü ildən sonra dayana biləcək Rusiya qazının “Türk axını”na göndərilməsini təklif etmişdi.

Boru kəmərinin iki xəttindən birincisi Türkiyə istehlakçılarına, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub.