Ən son xəbərlər:

21.08.2023/09:33/ Cənubi Afrika Respublikası yeni dövlətləri assosiasiyaya qəbul etməklə BRİKS-in genişlənməsini dəstəkləyib

Cənubi Afrika Respublikası yeni dövlətləri assosiasiyaya qəbul etməklə BRİKS-in genişlənməsini dəstəkləyib.

xeberaz.info xəbər verir ki, Avqustun 22-24-də Yohannesburqda keçiriləcək BRİKS sammitində liderlər milli valyutalarla ticarət hesablaşmalarının payını artıracaq sazişin bağlanmasını müzakirə edə bilərlər.

Financial Times-ın məlumatına görə, vahid valyutanın yaradılması və ya dollardan tamamilə imtina edilməsi müzakirə olunmayacaq.

Daha əvvəl BRICS-dəki Cənubi Afrikalı Şerpa Anil Suklal qeyd etmişdi ki, BRICS qarşısına de-dollarizasiya məqsədi qoymur.

Xatırladaq ki, Cənubi Afrika Respublikası yeni dövlətləri assosiasiyaya qəbul etməklə BRİKS-in genişlənməsini dəstəkləyib. Bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa Yohannesburqda keçiriləcək BRİKS sammiti ilə bağlı xalqa müraciətində deyib.

Onun sözlərinə görə, artıq 20-dən çox dövlət BRİKS-ə qoşulmaq üçün rəsmi ərizələr təqdim edib, bir çox başqa dövlətlər də alyansa qoşulmağa maraq göstərirlər.