Ən son xəbərlər:

21.08.2023/09:24/ Çin BRİKS-i G7-nin tamhüquqlu geosiyasi rəqibi olmağa çağırmaq istəyir

Çin BRİKS-i  G7-nin tamhüquqlu geosiyasi rəqibi  olmağa çağırmaq istəyir.

xeberaz.info xəbər verir ki, Çin Yohannesburqda keçiriləcək sammitdə BRICS həmkarlarını (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) çağırmaq istəyir ki, bu assosiasiya “Yeddilik” qrupunun (G7) tamhüquqlu geosiyasi rəqibi olsun. Bu barədə Financial Times xəbər verir.

Adının açıqlanmasını istəməyən Çin nümayəndəsi nəşrə deyib ki, əgər biz G7 kimi qlobal ÜDM-in payına görə BRİKS-i genişləndirsək, o zaman dünyada ümumi səsimiz daha da güclənəcək.

G7-yə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ daxildir.

Bundan əvvəl Cənubi Afrikanın yeni dövlətləri assosiasiyaya qəbul etməklə BRİKS-in genişlənməsini dəstəklədiyi bildirilirdi.