Ən son xəbərlər:

21.08.2023/06:10/ Taxıl müqaviləsinin bərpası üzərində işlər davam etdirilir

Taxıl müqaviləsinin bərpası üzərində işlər davam etdirilir.

xeberaz.info xəbər verir ki, Cənubi Afrika Respublikasının hakimiyyət orqanları taxıl müqaviləsinin bərpası üzərində işi davam etdirir. Bunu prezident Siril Ramaposa deyib.

Biz dünya bazarlarına taxıl ixracı üçün Qara dənizin açılması məqsədi ilə məsləhətləşmələrdə iştirak etməyə davam edirik, – TASS onun sözlərindən sitat gətirib.

Bundan əvvəl Türkiyə hakimiyyət orqanları və BMT nümayəndələrinin  taxıl sazişinin həyata keçirilməsinin bərpasına yönəlmiş layihə təkliflərinin  hazırladıqları  məlum olub.