Ən son xəbərlər:

21.08.2023/05:54/ Cənubi Afrika qitə ölkələri və ABŞ-ın iştirakı ilə forum keçirməyi planlaşdırır

Cənubi Afrika   qitə  ölkələri və ABŞ-ın iştirakı ilə forum keçirməyi planlaşdırır.

xeberaz.info xəbər verir ki, Cənubi Afrika 2023-cü ildə Afrika ölkələri və ABŞ-ın iştirakı ilə iqtisadi forum keçirmək niyyətindədir, prezident Siril Ramafosa bu barədə bildirib.  Bundan başqa Avropa İttifaqı ilə birlikdə sammit də keçirmək planlaşdırılır.

Cənab Ramafosa BRİKS sammitindən əvvəl etdiyi çıxışda bildirib ki, Cənubi Afrika 30-dan çox Afrika ticarət nazirini, ABŞ administrasiyasının və Konqresin yüksək vəzifəli rəsmilərini  Afrikanın İnkişaf və Fürsətlər üçün Növbəti Forumu – AGOA”ya dəvət edir. Tədbir noyabr ayına planlaşdırılıb. Aİ-Cənubi Afrika sammiti ilin sonunda baş tuta bilər. Cənubi Afrika Avropa ilə investisiya və ticarət əlaqələrini gücləndirmək istəyir.