Ən son xəbərlər:

09.08. 2023/08:16/ Ukrayna taxılı Litvanın Klaypeda limanı vasitəsilə tranzit edilə bilər

Ukrayna taxılı  Litvanın  Klaypeda limanı vasitəsilə tranzit edilə bilər.

xeberaz.info xəbər verir ki, Litva Ukrayna taxılının Klaypeda dövlət dəniz limanı vasitəsilə tranziti ilə bağlı Polşa ilə danışıqlarda Aİ-dən vasitəçi olmasını xahiş edir. Bu barədə BNS agentliyinə Baltik Respublikasının baş naziri İnqrida Simonyte bildirib.

Polşa ilə] ikitərəfli səviyyədə razılığa gəlməyin bizim üçün bir qədər çətin olduğunu nəzərə alaraq, biz öz təkliflərimizi həmrəylik dəhlizlərinin açılması və saxlanmasına əsas məsuliyyət daşıyan Avropa Komissiyasına göndərdik,  – İnqrida Simonyte belə.deyib.