Ən son xəbərlər:

09.08. 2023/07:53/ Avropa tərəfi problemi həll etmək üçün Çini günahlandırmamalıdır

Avropa tərəfi problemi həll etmək üçün Çini günahlandırmamalıdır.

xeberaz.info xəbər verir ki, Aİ ölkələri ticarət balanssızlığı problemini həll etmək istəyirlərsə, Çin üçün ixrac məhdudiyyətlərini aradan qaldırmalıdırlar. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələrinin ofisində bildirilib.

Son illərdə Aİ Çinə yüksək texnologiyalı məhsulların ixracını sərtləşdirib ki, bu da Avropanın Çinə ixrac potensialının azalması və ticarət balanssızlığının yaranmasının birbaşa səbəbidir.

Əgər Avropa tərəfi həqiqətən də bu problemi həll etmək istəyirsə, o, Çini günahlandırmamalı, ixrac məhdudiyyətlərini aradan qaldırmalıdır,- Çin Xarici İşlər Nazirliyinin saytında çərşənbə axşamı dərc olunmuş mesajda deyilir.