Ən son xəbərlər:

08.08. 2023/18:59/ Rusiyada payıza qədər kolbasanın qiymətinin 5-10 faiz bahalaşması proqnozlaşdırılır

Rusiyada payıza qədər kolbasanın qiymətinin  5-10 faiz bahalaşması proqnozlaşdırılır.

xeberaz.info xəbər verir ki, Baza Telegram-da sənaye nümayəndələrinin bəyanatlarına istinadən yazır ki, payıza qədər Rusiyada kolbasa və sosiskaların qiymətləri ən azı 5-10 faiz arta bilər.

Myasnitsky Ryad şirkətinin nümayəndəsinin sözlərinə görə, bahalaşma ətin bahalaşması ilə bağlı olacaq. Son zamanlar onun dəyəri 30 faiz artıb ki, bu da həm topdansatış, həm də pərakəndə satış qiymətlərində nəzərə çarpır. Eyni zamanda mənbə qeyd edib ki, sanksiyalara baxmayaraq istehsalat müəssisələrində avadanlıq və komponentlərlə bağlı heç bir problem yoxdur.

İyunun nəticələrinə görə, toyuq ətinin dəyəri 6,8 faiz artaraq rekord 193,48 rubl təşkil edib. “Kommersant” daha əvvəl yazmışdı ki, hinduşka məhsullarının qiymətlərinin 6,5 faiz qaldırılması planlaşdırır. Öz növbəsində, Dövlət Dumasının Aqrar Məsələlər Komitəsinin üzvü Sergey Lisovski donuz ətinin qiymətinin qaçılmaz olaraq artacağını açıqlayıb.