Ən son xəbərlər:

08.08.2023/17:29/ Britaniya hakimiyyəti Rusiya və Belarusa qarşı yeni sanksiya məhdudiyyətləri əlavə edib

Britaniya hakimiyyəti  Rusiya və Belarusa qarşı yeni sanksiya məhdudiyyətləri əlavə edib.

xeberaz.info xəbər verir ki,  Böyük Britaniya hakimiyyəti Rusiya Federasiyası və Belarus Respublikasına qarşı yeni sanksiya məhdudiyyətləri əlavə edib.

London anti-Rusiya siyahısını daha 19 mövqe, anti-Belarus siyahını isə 6 mövqe genişləndirib.

Bundan əvvəl Böyük Britaniya publisist Vladimir Kara-Murza (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib) barəsində çıxarılan hökmə görə yenilənmiş sanksiya siyahısına Rusiya Federasiyasının daha 6 vətəndaşını əlavə edib.