Ən son xəbərlər:

08.08. 2023/17:15/ Avropada qaz alıcıları silahlı münaqişə ilə bağlı riskləri öz üzərlərinə götürməyə hazırdırlar

Avropada qaz alıcıları silahlı münaqişə ilə bağlı riskləri öz üzərlərinə götürməyə hazırdırlar.

xeberaz.info xəbər verir ki, Reuters üç treyder və şirkət nümayəndələrinə istinadən bildirir ki, Ukraynadakı yeraltı qaz anbarlarının tutumları pul qazanmaq üçün ucuz olduğu halda maksimum yanacaq almağa çalışan avropalı treyderlər tərəfindən istifadə olunmağa başlanılıb.

Agentlik qeyd edib ki, qaz alıcıları ölkədə silahlı münaqişə ilə bağlı riskləri öz üzərlərinə götürməyə hazırdırlar, çünki Avropanın qaz anbarları son illərlə müqayisədə orta hesabla daha çox doludur və ümumilikdə onlar daha bahadır.

Çexiyanın EPH qrupu qeyd edib ki, Ukraynaya qaz nəqli bu ölkəyə inamdan, onun qaz nəqli sistemi və anbar sistemlərinin etibarlılığından danışır. Şirkət nümayəndəsi onu da əlavə edib ki, Ukraynanın yeraltı qaz anbarları  qurğuları çətin dövrdə belə özünü yaxşı tərəfdən göstərib.