Ən son xəbərlər:

08.08. 2023/16:35/ Rusiya ABŞ, Aİ ölkələri və digər dövlətlərlə vergi müqavilələrinin bəzi müddəalarının dayandırılması haqqında fərman imzalayıb

Rusiya ABŞ, Aİ ölkələri və digər dövlətlərlə vergi müqavilələrinin bəzi müddəalarının dayandırılması haqqında fərman imzalayıb.

xeberaz.info xəbər verir ki, Prezident Vladimir Putin ABŞ, Aİ ölkələri və digər dost olmayan dövlətlərlə vergi müqavilələrinin bəzi müddəalarının dayandırılması haqqında fərman imzalayıb. Fərman hüquqi informasiya portalında yerləşdirilib.

Sənəd bəzi ölkələrin hərəkətləri ilə bağlı  təcili tədbirlərin görülməsi zərurətindən irəli gələrək  imzalanıb.

Fərmanda sadalanan sənədlərin qüvvəsi  xarici dövlətlər tərəfindən Rusiyanın qanuni iqtisadi və digər mənafelərinə, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarına qarşı törətdikləri pozuntular aradan qaldırılana qədər  və ya müvafiq sənədlər qüvvəsini itirənə qədər dayandırılıb.

Hökumət bu vergi müqavilələrinin dayandırılmasının nəticələrinin Rusiya iqtisadiyyatına təsirini azaltmaq üçün tədbirlər görməlidir.