Ən son xəbərlər:

08.08. 2023/07:43/ Amerika şirkətləri Çindən məhsul idxalını təxminən 24% azaldıb

Amerika şirkətləri Çindən məhsul idxalını təxminən 24% azaldıb.

xeberaz.info xəbər verir ki, ABŞ şirkətləri Vaşinqton və Pekin arasında gərgin münasibətlər fonunda 2023-cü ilin yanvar-may ayları arasında Çindən məhsul idxalını keçən ilin eyni dövrü ilə müqayisədə 24% azaldıb. Bu barədə bazar günü The Washington Post məlumat yayıb.

Nəşr izah edir ki, iki ölkənin rəhbərliyi münasibətləri yaxşılaşdırmağa çalışsalar da, onlar hələ də gərgindir. Amerika şirkətləri, o cümlədən HP və Lego, Çin təchizatçılarından asılılığını azaltmağa və tədarük zəncirlərini yenidən formalaşdırmağa çalışırlar.

Nəşr  yazır ki, Çinin qlobal istehsalın mərkəzi kimi rolu, Pekinin iyirmi ildən çox əvvəl qlobal ticarət sisteminə qoşulmasından bəri ən böyük problemlə üzləşəcək. Əgər pandemiyadan əvvəl amerikalıların idxala xərclədiyi hər 4 dollardan təxminən 1 dolları Çin malları təşkil edirdisə, indi bu rəqəm 6 dollardan 1 dollara düşüb. Yaponiya da Çindən daha az məhsul almağa başlayıb, Avropa ölkələrinin, xüsusən də Almaniya və Fransanın mövqeləri ümumiyyətlə dəyişmir.