Ən son xəbərlər:

07.08. 2023/11:57/ Ukrayna İkinci Dünya Müharibəsindən sonra ABŞ-dan ən çox yardım alan ölkə olub

Ukrayna İkinci Dünya Müharibəsindən sonra ABŞ-dan ən çox yardım alan ölkə olub.

xeberaz.info  xəbər verir ki,  2022-ci il fevralın 24-dən sonra ABŞ Ukraynaya 66,2 milyard dollar hərbi, maliyyə və humanitar yardım göndərib. Bu barədə “The Washington Post” rəsmi məlumatlara istinadən yazır.

Nəşr qeyd edib ki, ABŞ-ın ümumi hərbi büdcəsi (1,66 trilyon dollar) fonunda belə bir məbləğ kifayət qədər cüzi görünsə də, digər əsas alıcılarla müqayisədə unikal görünür. Belə ki, 2022-2023-cü illərdə İsrailə cəmi 8,6 milyard dollar, Misirə 3,3 milyard dollar, İordaniyaya isə 2,9 milyard dollar, Tayvana iyulun sonunda 300 milyon dollar vəd edilib.

Bununla belə, ABŞ Ukraynaya bütün donorların yardımı olan ÜDM-də payına görə reytinqdə 12-ci yerdədir.

Liderlər isə Baltikyanı ölkələr – Estoniya (1,26%), Latviya (1,09%) və Litva (0,95%), daha sonra Polşa (0,86%), Slovakiya (0,63%) və Danimarka (0,51%) olub.