Ən son xəbərlər:

07.08. 2023/07:44/ Britaniyanın “The Financial Times” qəzeti Avropanın ən böyük firmalarının bəyanatlarını təhlil edib

Britaniyanın “The Financial Times” qəzeti Avropanın ən böyük firmalarının bəyanatlarını təhlil edib.

Avropanın ən böyük şirkətləri 2022-ci ildən bəri Rusiyada ən azı 100 milyard avro itirib.

xeberaz.info xəbər verir ki,  Avropa şirkətlərinin 2022-ci ilin fevralından Rusiya bazarında birbaşa itkiləri ən azı 100 milyard avro təşkil edib. Britaniyanın “The Financial Times” qəzeti Avropanın ən böyük firmalarının bəyanatlarını təhlil edib.

Nəşrin məlumatına görə, son il yarım ərzində 176 Avropa şirkəti aktivlərinin dəyərsizləşməsi, məzənnə xərcləri, eləcə də biznesinin Rusiya seqmentinin satışı, bağlanması və ya azalması ilə üzləşib.

Eyni zamanda, TASS qeyd edir ki, bu təhlil Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı və Qərbin anti-Rusiya sanksiyaları səbəbindən enerji resurslarının və digər məhsulların qiymətinin artması kimi dolayı makroiqtisadi amilləri nəzərə almır.

Qəzet vurğulayır ki, Rusiya bazarını tərk etdikdən sonra ən böyük itkilər  neft-qaz şirkətlərinə dəyib. Eyni zamanda ekspertlər hesab edir ki, Avropa biznesini “daha ​​çox ağrılar” gözləyir.