Ən son xəbərlər:

07.08. 2023/06:51 / Britaniya Çinin elektrik avtomobillərindən vətəndaşlarına qarşı casusluq etmək üçün istifadə oluna biləcəyindən ehtiyat edirlər

Britaniya Çinin elektrik avtomobillərindən vətəndaşlarına qarşı casusluq etmək üçün istifadə oluna biləcəyindən ehtiyat edirlər.

xeberaz.info xəbər verir ki, Böyük Britaniya səlahiyyətliləri Çin istehsalı olan elektrik avtomobillərinin Britaniya vətəndaşlarına casusluq etmək üçün istifadə oluna biləcəyindən ehtiyat edirlər. Bu barədə “The Daily Telegraph” qəzeti Britaniya hökumətindəki adı açıqlanmayan yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Əgər onlar Çin kimi bir ölkədə hazırlanırsa, bunun məxfi kəşfiyyat və məlumat toplamaq üçün bir vasitə olmayacağına nə qədər əmin ola bilər? – nəşrin həmsöhbəti belə bir sual verib.

The Daily Telegraph xəbər verir ki, bu cür avtomobillərin nəqliyyat vasitəsinin mövqeyindən tutmuş audio və video çəkilişlərinə qədər böyük həcmdə məlumat ötürə biləcəklərindən və nəticədə uzaqdan təsirə məruz qalacaqlarindan hökumət mənbələri narahatlığını ifadə ediblər.