Ən son xəbərlər:

27.07.2023/22:27/ Nə yaxşı ki, varsınız, bizim Prezidentimizsiniz!

Nə yaxşı ki, varsınız, bizim Prezidentimizsiniz!

xeberaz.info  xəbər verir ki,  Göyçay rayonunun Alpout kənd sakini, Vətən müharibəsinin qazisi Fərhad Həsənov iyulun 21-də keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda ölkə başçısının çıxışına görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkür məktubu ünvanlayıb.

Təşəkkür məktubunu olduğu kimi Sizlərə təqdim edirik:

Hörmətli cənab Prezident!

İyulun 21-də keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışınızı məmnuniyyətlə dinlədim və Sizinlə qürur duyuram.

Nə yaxşı ki, varsınız, bizim Prezidentimizsiniz!

Vətən müharibəsinin qazisi kimi Sizə ehtiramımı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə, Həsənov Fərhad Yaşar oğlu

Azərbaycan Respublikası, Göyçay rayonu, Alpout kəndi.