Ən son xəbərlər:

25.07.2023/14:38/ Goranboyda əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün elektrik təsərrüfatının yenidən qurulmasına ehtiyac vardır

Goranboyda əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün elektrik təsərrüfatının yenidən qurulmasına ehtiyac vardır.

xeberaz.info Goranboy Rayon  İcra Hakimiyyətinə istinadən xəbər verir ki, 1960-cı illərdə qurulmuş rayonun elektrik təsərrüfatı müasir tələblərə cavab vermir, hətta zəif külək əsəndə belə elektrik təhcizatı ilə təminatda günlərlə  fasilələr yaranır.

Hazırda Goranboy rayonunun Nərimanlı və Zeynallı kəndlərində rayon Elektrik Şəbəkəsi tərəfindən   yeni transformatorlar və işıq dirəkləri qoyulur, elektrik xətləri  yenilənir.

Rayonun 85 yaşayış məntəqəsindən yalnız 23-ündə elektrik təsərrüfatı qismən yenidən qurulmuşdur, qalan yaşayış məntəqələrində isə əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün elektrik təsərrüfatının yenidən qurulmasına ehtiyac vardır.