Ən son xəbərlər:

25.07. 2023/14:07/ Gəncədə Meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində “Birgə Fəaliyyət Planı”nın müzakirəsi keçirilmişdir

Gəncədə Meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində “Birgə Fəaliyyət Planı”nın müzakirəsi keçirilmişdir.

xeberaz.info xəbər verir ki,  Gəncədə 25.07 2023-cü il tarixində  FHN-nin Gəncə Regional Mərkəzi və DYNX-nin Gəncə Regional Dövlət Yanğından Nəzarəti idarəsinin təşkilatçılığı ilə “Meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşt qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə 2023-2025-cl illər üçün birgə fəaliyyət Planının müzakirəsi keçirilmişdir.

FHN-nln Gəncə Regional Mərkəzinin, Gəncə regional DYNİ-nin yerli İcra Hakimiyyətlərinin, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin və Regional Ekoloqiya idaqrələrinin nümayəndələr İclasda iştirak etmişlər.

İclasda 2023-2025-ci iilər üçün birgə fəaliyyət planında nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə tələblərin icrası, Meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğına qarşt qabaqlayıcı tədbiflərin görülməsi və Meşə və meşə zolaqlarmın yanğın təhlükəsizliylnin etibarlı təmin olunması məsələləri müzakirə olunmuşdur.

FHN-nin Gəncə Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Kənan Aşurov müzakirə olunan mövsunun əhəmiyyətindən danışmışdır.

Müzakirələrdə Gəncə regional DYNI-nin rəisi, d/x polkovniki Natiq Piriyev, . Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vasif Nəbiyev, Goygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini Vəliyəddin Baxşəliyev, Qazax RİH Başçısının birinci müavini, Fövqəiadə Hallar Komissiyasının sədri Məmməd Alıyev və digər şəxslər çıxış edərək,  xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə “Birgə fəaliyyət Planının” əhəmiyyətindən danışmışlar.