Ən son xəbərlər:

24.07. 2023/23:23/ Gəncədə Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Xatirə kompleksinin ətrafında səliqə-səhman yaradılıb

Gəncədə Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Xatirə kompleksinin ətrafında səliqə-səhman yaradılıb.

xeberaz.info Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-in mətbuat xidmətinə istnadən xəbər verir ki, şəhərin Mehti Hüseynzadə və Ələkbər Ziyatay küçələrinin kəsişməsində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Xatirə kompleksinin ətrafında səliqə-səhman yaradılıb, ərazisi təmizlənib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikası şəhərin Mehti Hüseynzadə küçəsində genişmiqyaslı təmizlik aksiyası həyata keçirib. Aksiya zamanı küçədə  mövcud olan kol-kos, alaq otları təmizlənib.

Yol ətrafında bitən yabanı otlar biçilib, biçilməsi mümkün olmayan ərazilər isə xüsusi mini-ekskavator vasitəsilə təmizlənib.

Anoloji təmizlik aksiyaları MKTİB tərəfindən şəhərin müxtəlif ərazilərdə davam etdirilir.