Ən son xəbərlər:

24.07. 2023/22:48/ Şəmkir rayonunun Kür qəsəbəsində yanğın hadisəsi qeydə alınıb

Şəmkir rayonunun Kür qəsəbəsində yanğın hadisəsi qeydə alınıb.

xeberaz.info APA-ya istinadən xəbər verir ki, 23.07. 2023-cü il tarixində Kür qəsəbəsinin sakini Hüseynov Elvin Fikrət oğluna məxsus olan dördotaqlı fin tipli yaşayış evində yanğın hadisəsi qeydə alınıb.

Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən hadisənin qarşısı alınıb.