Ən son xəbərlər:

24.11.2022/19:26/ Azərbaycanda kənd turizmi infrastrukturu yaradılacaq

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”na uyğun olaraq ölkədə bu sahədə potensialı olan kəndlərdə turizm infrastrukturu yaradılacaq, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev,-belə bildirib.

“Bu proses kənd yerlərində gəlirlərin davamlılığına nail olunmasına və kənd miqrasiyasının azaldılmasına müsbət təsir göstərə bilər. Bu sahə həm də bizə mədəni irsi və yerli qastronomiyanı təbliğ etməyə, ekoturizm və macəra turizmi kimi sahələrin inkişafını stimullaşdırmağa imkan verər. Əsas məqsədimiz fermerləri məlumatlandırmaq və digər kənd yerlərinin sakinləri kənd təsərrüfatı fəaliyyəti ilə yanaşı turizm xidmətləri də göstərmək istəyirmizdir”, – deyə Nağıyev bildirib.

Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbəri əlavə edib ki, kənd turizminin və aqroturizmin inkişafı bölgələrə turistlərin cəlb edilməsi, məşğulluğun artırılması və turizmə yönəlmiş yeni sahibkarlıq subyektlərinin yaradılması üçün yaxşı imkandır.