Ən son xəbərlər:

21.07. 2023/20:59/ Daşkəsəndə “Heydər Əliyevin fəaliyyəti müasir gəncliyin gözü ilə” mövzusunda oxucu konfransı keçirilib

Daşkəsəndə “Heydər Əliyevin fəaliyyəti müasir gəncliyin gözü ilə” mövzusunda oxucu konfransı keçirilib.

xeberaz.info  Daşkəsən Rayon İcra hakimiyyətinə istinadən xəbər verir ki, Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən  “Heydər Əliyevin fəaliyyəti müasir gəncliyin gözü ilə” mövzusunda oxucu konfransı təşkil olunub.

Daşkəsən rayon  ictimaiyyət nümayəndələrinin  iştirak etdiyi konfransda  Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb.

Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinin müxtəlif  istiqamətlərindən bəhs edən məruzələr ətrafında müzakirələr  aparılıb.

Tədbirin sonunda rayon  məktəbliləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.