Ən son xəbərlər:

20.07. 2023/16:48/ Gəncədə işsiz və işaxtaran şəxslər üçün növbəti “Əmək yarmarkası” keçirildi

Gəncədə işsiz və işaxtaran şəxslər üçün növbəti “Əmək yarmarkası” keçirildi.

xeberaz.info xəbər verir ki,  20.07. 2023-cü il tarixində Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil edilib.

Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsi tərəfindən təşkil edilən aktiv məşğulluq tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Dövlət Məşğulluq Agentliyinin rəhbər işçiləri, millət vəkilləri həmçinin idarə müəssisə və təşkilat rəhbərləri, işsiz və işaxtaran vətəndaşlar iştirak etmişlər.

Tədbirində çıxış edən Niyazi Bayramov əmək yarmarkalarının işsiz əhalinin məşğulluğunun təmin edilməsində xüsusi rola malik olduğunu və  bu cür tədbirlərin işsiz və işaxtaran vətəndaşlar üçün əmək bazarına çıxışının təmin olunması məqsədi daşıdığını bildirib.

Təşkil olunan bu əmək yarmarkasında 80 müəssisə tərəfindən 800-dən artıq vakansiya təqdim edilib.

Əmək yarmarkalarının keçirilməsini tədbirdə iştirak edən vətəndaşlar müsbət hal kimi dəyərləndirib, iş axtaran və işəgötürənlərə uğurlar arzulayıblar.

Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədrisi həyata keçirilən kurslar barədə məlumat verilib.