Ən son xəbərlər:

19.07.2023/15:29 / Ağdam Dövlət Dram Teatrında Sahib Ibrahimlinin “Dərs” tamaşasına ictimai baxış keçirilib

Ağdam Dövlət Dram Teatrında Sahib Ibrahimlinin “Dərs” tamaşasına ictimai baxış keçirilib.

xeberaz.info xəbər verir ki,  Ağdam Dövlət Dram Teatrında  Sahib Ibrahimlinin “Tələbə qız” komediyası əsasında teatrın baş rejissoru Kərim Həsənlinin hazırladığı “Dərs” tamaşasına ictimai baxış keçirilib.Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədən bəhs edən bu tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.

Teatr səhnəsində ilk dəfə olaraq bu mövzuda komediya nümayiş etdirən yaradıcı kollektiv qarşıya qoyulmuş vəzifəni uğurla yerinə yetirmiş və tamaşaçılara xoş bir ovqat aşılayıb. Baş rejissor Kərim Həsənlinin gənc aktyorlarla birgə işi öz bəhrəsini verib. Gənclər öz rollarının öhdəsindən bacarıqla gəldilər və narkomaniya bəlasından xilas olaraq sağlam həyata qovuşmağın sevincini özlərinə məxsus real və inandırıcı bir şəklidə tamaşaçılara çatdırdılar.

Tamaşanın sonunda Sahib Ibrahimli, ölkəmizin bu qabağcıl və nufuzlu sənət ocağı ilə bir neçə ildir ki, yaradıcılıq əməkdaşlığı etdiyini və bundan çox böyük qürur duyduğunu bildirib.

Mənə göstərilən bu yüksək diqqət və qayğıya görə Ağdam Dövlət Dram Teatrının direktoru, sözün həqiqi mənasında teatr fədaisi, gözəl insan Məhəmməd Hüseynova və teatrın baş rejissoru, Prezident mükafatçısı, çoxsaylı teatrsevərlərin rəğbətini qazanmış Kərim Həsənliyə, rayon ictimaiyyətinə və rəhbərliyinə sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm.Yeni görüşlərədək.,- Sahib Ibrahimli belə deyib.