Ən son xəbərlər:

21.11.2022/21:42/ Albaniya, Mərakeş, Cibuti Makron və Paşinyanın anti-Azərbaycan planlarını məhv etdi

KIV-lər xəbər verir ki, Albaniya, Mərakeş, Cibuti Ermənistan və Fransanın nazirlər konfransında və Beynəlxalq Frankofoniya Təşkilatının sammitində Azərbaycan əleyhinə planların həyata keçirilməsinə imkan verməyib.

Noyabrın 18-20-də Tunisdə keçirilən tədbirdə Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana qarşı növbəti demarş hazırlayırdılar.

Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan və Paşinyan Ermənistanı yenidən Azərbaycan «təcavüzünün» günahsız qurbanı kimi təqdim etməyə çalışıblar.

Xüsusilə  Albaniya, Mərakeş və Cibuti bu cür şərhə qətiyyətlə qarşı çıxıb və Albaniyanın nümayəndəsi etiraz əlaməti olaraq Beynəlxalq Frankofoniya Təşkilatı xarici işlər nazirlərinin iclasını bir müddət tərk edib.

Paris və Irəvanın forumun yekun bəyannamələrinə Bakıya hücumları tətbiq etmək cəhdlərinə qarşı bir sıra Avropa ölkələrinin nümayəndələri də çıxış ediblər – Fransa tərəfinin təzyiqlərinə baxmayaraq, nümayəndələr normativ prosedurları aşaraq ermənipərəst bəyannamələri dayandırmaq üçün pressinq və təhdidlərə əl atıblar.