Ən son xəbərlər:

21.11.2022/20:56/ Ilham Əliyev Qasım-Comərt Tokayevi seçki qələbəsi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti Ilham Əliyev qazaxıstanlı həmkarı Qasım-Comərt Tokayevə növbədənkənar prezident seçkilərində qələbə münasibətilə təbrik teleqramı göndərib.

“Səsvermənin nəticələri xalqınızın Sizə böyük etimadının, qardaş Qazaxıstanın hərtərəfli inkişafı yolunda fəaliyyətinizin yüksək qiymətləndirilməsinin əyani sübutudur. Qardaş xalqlarımızı birləşdirən ümumi mənəvi dəyərlər, mədəni-dini köklər və möhkəm dostluq Azərbaycan-Qazaxıstan dövlətlərarası münasibətləri şərtləndirən əsas amillərdən biridir. Bu gün çoxvektorlu münasibətlərimizin və əməkdaşlığımızın qarşılıqlı hörmət və etimad ruhunda inkişafı, onların yeni məzmunla zənginləşməsi məmnuniyyətə səbəb olur “, – məktubda belə deyilir.

Ilham Əliyev Bakı və Astananın ənənəvi dost ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşdirilməsi yolunda səylərini davam etdirəcəyinə əminliyini bildirib.