Ən son xəbərlər:

21.11.2022/15:02/ Azad edilmiş Azərbaycan torpaqlarına daha yüz ailə qayıdacaq

2023-cü il martın sonuna qədər Zəngilan rayonunun Ağalı kəndinə daha 100 ailə köçəcək-Azərbaycan Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonundakı xüsusi nümayəndəsi Vahid Hacıyev belə bildirib.

Hazırda Ağalıda 66 ailə yaşayır.

Hacıyev bildirib ki, Zəngilan rayonunun digər kəndlərinin layihələndirilməsi işləri aparılır. “Bəzi kəndlərin layihə konsepsiyası artıq hazırdır, digər layihələr üzərində işlər davam edir. Gələn ilin ortalarından bu kəndlərin tikintisinə başlamağı planlaşdırırıq “, – deyə o paylaşıb.

UNEC-in «Beynəlxalq iqtisadiyyat» kafedrasının dosenti  Emin Qəribli qeyd edib ki, Ermənistan işğalı illərində işğalçılar tərəfindən bütün yaşayış infrastrukturunun tamamilə məhv edilməsi səbəbindən daxili köçürülmüş şəxslərin doğma torpaqlarına köçürülməsi sürətlə davam edir. “Otuz il ərzində Ağalıda və yüzlərlə digər kənddə bütün evlər və bütün nəqliyyat kommunikasiyaları ləğv edildi. Bütün bunları sıfırdan qurmaq lazımdır. Əvvəlcə azad edilmiş rayonlara nəqliyyat girişini bərpa etmək, sonra şəhərlər və kəndlər arasında kommunikasiyanın bərpası lazımdır. Görürük ki, hazırda dəmir yollarının və hava limanlarının tikintisi davam edir “, – deyə o bildirib.

“Ümumiyyətlə, kommunikasiyanın bərpası prosesi uzun müddət davam edəcək, çünki yolların tikintisi üçün planlar çox genişdir. Bu ilk növbədə Şuşa və Zəngilan yollarıdır. Kəlbəcərdə tunel tikilir. Görürük ki, ilkin mərhələ başa çatıb, son 7 ayda Ağdam, Şuşa, Zəngilan və Ağalıda evləri tikməyə başlayıblar. Füzulidə tikinti proqramı qəbul edilmişdir. Düşünürəm ki, mənzil tikintisi prosesi kommunikasiya tikintisindən daha  sürətlə irəliləyəcək, bu isə gələcəkdə insanların köçürülməsini xeyli sürətləndirəcək “, – deyə Emin Qəribli bildirib.

Ekspert vurğulayıb ki, Zəngilan rayonusadəcə olaraq məskunlaşmaq üçün seçilmir. “Bir tərəfdən, onun Ermənistan və Iranla sərhəddə strateji mövqeyi var, Zəngəzur dəhlizi məhz oradan keçir. Digər tərəfdən, orada çox əlverişli iqlim şəraiti var ki, bu da yeni texnologiyaların və smart platformaların tətbiqi ilə birlikdə əsasən Azərbaycan şəhərlərində işğaldan sonra yaşayan insanların doğma yurdlarına rahatlıqla qayıtmalarına, eyni mühitdə yaşamağa davam etmələrinə imkan verəcəkdir “, – deyə iqtisadçı diqqət çəkib.

“Dünyada kəndlər və şəhərlər arasında sərhədin silinməsi tendensiyası gedir. Kəndlər şəhərlərlə eyni kommunikasiyaya malikdirlər. Mövcud konsepsiya deməkdir ki, insanlar ilk növbədə doğma yurdlarına köçsünlər, sonra da uzun müddət sabit qalsınlar. Bu yaxınlarda prezident Ilham Əliyev bir çox şəhərlərin 2026-cı ilə qədər məskunlaşacağı bir proqram qəbul edib. Vacibdir məsələdir ki, əhalinin geri qaytarılması üçün layihə proqramları bu gün dünya iqtisadiyyatının çağırışlarına uyğunlaşdırılıb “, – deyə Emin Qəribli sözlərini yekunlaşdırıb.

Vahid Hacıyev bildirib ki, 2023-cü ildən Zəngilanın «ağıllı şəhərinin» tikintisinə başlanılması planlaşdırılır.