Ən son xəbərlər:

20.11.2022/23:23/ 2022-ci ildə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi artıq ötən ilki illik səviyyəni keçib

Azərbaycan və Qazaxıstan arasında bu ilin ilk səkkiz ayında ticarət dövriyyəsi keçən ilin bir illik göstəricisini üstələyib. Bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov «Kazinform» a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu ilin səkkiz ayında ölkələr arasında ticarət dövriyyəsi 369 milyon dollara çatıb ki, bu da ötən ilin göstəricisindən 69 milyon dollar çoxdur.

Diplomat xatırladıb ki, Qazaxıstan prezidentinin Bakıya rəsmi səfəri zamanı dövlət başçıları yaxın gələcəkdə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara çatdırmaq məqsədini açıqlayıblar.

«Mövcud potensialı nəzərə alsaq, düşünürəm ki, bu realdır», – deyə Atamoğlanov bildirib.