Ən son xəbərlər:

20.11.2022/18:42/ BEA Azərbaycanda qaz hasilatının iki ssenarisini tərtib edib

Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda təbii qaz hasilatının iki ssenarisini təqdim edib – STEPS və APS.

Birinci ssenariyə əsasən, 2030-cu ildə Azərbaycanda 35 milyard kub metr, 2050-ci ildə isə 24 milyard kub metr qaz hasil ediləcək.

BEA-nın hesablamalarına görə, ötən il respublikada 33 milyard kubmetr qaz hasil edilib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında qaz hasilatı demək olar ki, 34,403 milyard kubmetr, o cümlədən əmtəə qazı hasilatı 25,681 milyard kubmetr təşkil etmişdir. Illik hesablamada artım 8,5% təşkil edib.