Ən son xəbərlər:

29.06.2023/18:49/ Ankara təxribat və təhdid siyasətinə uymayacaq

Ankara  təxribat və təhdid siyasətinə uymayacaq.

xeberaz.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı İsveçdə Quranın yandırılmasına münasibət bildirib. O, bunu İsveçin “alçaq hücumu” adlandırıb və Ankaranın təxribat və təhdid siyasətinə uymayacağını vurğulayıb.

“İslamın və bütün bəşəriyyətin düşmənləri təxribatlardan istifadə edir, onları hüquq-mühafizə orqanlarının əməkdaşlarının himayəsi altında törədirlər. İsveçdə baş verən dəhşətli hücum da belə hərəkətlərdəndir. Kim onlara icazə verirsə, kim bu çirkin hərəkətə göz yumursa, öz ambisiyalarını reallaşdıra bilməyəcək. Biz təhdid və təxribat siyasətinə boyun əyməyəcəyik, – deyə Ərdoğan partiya yoldaşlarına videomüraciətində bildirib.

Xatırladaq ki, İsveç polisi Stokholmdakı əsas məsciddə Quranın yandırılması ilə etiraz aksiyasına icazə verib. Bu, iyunun 28-də İslam bayramı Qurban bayramının ilk günündə baş verib. Baş nazir Ulf Kristersson polisin qərarının  qanuni, lakin tamamilə yersiz olduğunu vurğulayıb. Aksiyanı 200 nəfər izləyib. Quranı yandıranlara daş atmaq istəyən bir tamaşaçı polis tərəfindən saxlanılıb.