Ən son xəbərlər:

29.06.2023/17:20/ Şolz Ukraynadakı münaqişənin uzun müddət davam edəcəyini istisna etməyib

Almaniya kansleri Şolz Ukraynadakı münaqişənin uzun müddət davam edəcəyini istisna etməyib.

xeberaz.info xəbər verir ki, Almaniya kansleri Olaf Şolz bildirib ki, Ukrayna münaqişəsi uzun müddət davam edə biləcəyi üçün Avropa İttifaqının sammitində Ukraynaya əlavə dəstək müzakirə olunacaq.

Şolz sammit zamanı Ukraynaya gələcək dəstəyin müzakirə edilməsinin vacibliyini vurğulayıb.

“Bu, həm də ona görə vacibdir ki, biz Ukraynadakı münaqişənin  uzun müddət davam edə biləcəyinə köklənməliyik”, – Şolz  belə deyib.

Bundan əvvəl Scholz bildirib ki, Berlin Ukraynaya uzunmüddətli silah tədarükünü təşkil etməlidir.