Ən son xəbərlər:

29.06.2023/17:08/ Aİİ-də vahid valyutanın tətbiqi hələ real deyil

Aİİ-də vahid valyutanın tətbiqi hələ real deyil.

xeberaz.info xəbər verir ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində vahid valyutanın tətbiqi hələki real deyil, ittifaq daxilində milli valyutalarda hesablaşmaların payının artırılması istiqamətində işlər aparılır. Bu barədə cümə axşamı jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

TASS-ın Aİİ – də vahid valyuta məsələsində  planların olub-olmaması ilə bağlı sualına nazir müavini cavab verib ki, hazırda belə perspektivlər görünmür.

“Hələlik bu, qeyri-realdır. Amma milli valyutalarla, öz valyutaları ilə, xarici milli valyutalarla hesablaşmaların payının artırılması daha ciddi məsələdir. Bu məsələ ilə bağlı iş aparılır”, – Pankin  belə bildirib.