Ən son xəbərlər:

29.06.2023/13:42/ İsveçrə Ukraynaya 96 Leopard 1 tankı satmaq təklifini rədd edib

İsveçrə Ukraynaya 96 Leopard 1 tankı satmaq təklifini rədd edib.

xeberaz.info xəbər verir ki, İsveçrə ölkədə fəaliyyət göstərən Ruag SA şirkətinin Almaniya vasitəsilə Ukraynaya 96 Leopard 1 A5 tankının satışı ilə bağlı müraciətini rədd edib. Bu barədə ölkənin Federal Şurasının saytında dərc olunmuş məlumatda deyilir.

“Federal Şura Ruag AG-nin Ukraynada istifadə üçün 96 Leopard 1 A5 əsas döyüş tankının satışı ilə bağlı müraciətini rədd edib, çünki bu, mövcud qanunvericiliyə ziddir”, – hesabatda belə deyilir.

Bundan əvvəl İsveçrə hökuməti Avropa İttifaqının 11-ci sanksiyalar paketi çərçivəsində Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətləri təsdiqləyəcəyini açıqlamışdı.